Azərbaycanda daha bir bank müflis oldu

23 Dekabr, 2017 09:05 | İqtisadiyyat | Baxış sayı: 292
Bank
Bank

“DəmirBank” da bağlandı

DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edildi.  istiPress-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası ötən gün qərar verilib.

Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə qəbul edib.

“DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək.