Neftin qiyməti 60 dollardan aşağı düşdü

23 Noyabr, 2018 20:33 | İqtisadiyyat | Baxış sayı: 77
Neft
Neft

2017-ci il oktyabrın 27-dən bəri ən aşağı qiymətdir

Bakı vaxtı ilə saat 18 radələrinə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 4,44% azalaraq 59,82 dollar/barelə düşüb.

İstiPress-in məlumatına görə, WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 6,04% azalaraq 51,33 dollar təşkil edib.

"Brent" neftinin bu qiyməti 2017-ci il oktyabrın 27-dən bəri ən aşağı qiymətdir.