Neft sürətlə düşür

23 Noyabr, 2018 10:38 | İqtisadiyyat | Baxış sayı: 60
Neft hasilatı
Neft hasilatı

Qiymət 61 dollara çatıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Bu gün "qara qızıl"ın qiyməti uzun müddət sonra ilk dəfə 61 dollara kimi düşüb. 

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,77 dollar geriləyərək 61,83 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,42 dollar ucuzlaşaraq 53,21 dollar olub.

Azərbaycan neftinin qiyməti ucuzlaşma müşahidə olunur. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar ucuzlaşaraq 64,98 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.