Neftin bahalaşması dayandı

23 Oktyabr, 2019 10:07 | İqtisadiyyat | Baxış sayı: 27
Neft
Neft

"Qara qızıl" dəyər itirməyə başlayır

Dünya birjalarında ötən gündən başlayaraq bahalaşan neft yenə dəyər itirir. Son məlumata görə, "Qara qızıl"ın qiyməti günə azalma ilə başlayıb.

"Brent" markalı neftin qiyməti 0,42% ucuzlaşaraq 59,45 dollara düşüb. WTI isə 0,7% dəyər itirib. Bu markadan olan neft indi 54,10 dollara təklif edilir. 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti isə 1,49 ABŞ dolları və yaxud 2,37% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,25 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.