Bu məhsullar vergidən azad edilir - bazarlar ucuzlaşacaq?

23 Oktyabr, 2019 12:32 | İqtisadiyyat | Baxış sayı: 264
Bazar
Bazar

Vergi Məcəlləsinə dəyişiklik ediləcək

Gələn ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil.

Bundan başqa, sənəddə quş ətinin satışının ƏDV-dən azad edilməsi ilə bağlı 2017-ci ildən tətbiq edilən qaydanın müddətinin 2023-cü ilin sonuna qədər uzadılması təklif olunur. 

Sözügedən qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib. Həmçinin Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 10 il müddətinə vergidən azad olunması da nəzərdə tutulur.