Ermənilərin çörəklə imtahanı

23 Oktyabr, 2018 11:03 | İqtisadiyyat | Baxış sayı: 86
Tam taxıl çörək
Tam taxıl çörək

Ölkədə çörək və un istehsalı kəskin azalıb

Ermənistanda çörək və un istehsalı kəskin şəkildə azalıb. Bu barədə həyəcanla erməni mətbuatı yazır. Statistika xidmətinin məlumatına görə, bu ilin 8 ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə un istehsalı 30 faizə yaxın azalıb. Çörəkdə isə azalma 3 faiz həcmindədir. 

Mütəxəssislər bu faktı fərqli izah edirlər. Axı çörək, un və kartof hər zaman daha geniş yayılmış, çox istifadə edilən ərzaq məhsulları olublar. Bəziləri hesab edirlər ki, qənaət məqsədi ilə get-edə daha çox insan, kəndlərdə yox, həm də İrəvanın özündə də çörəyi evdə bişirməyə başlayıb.

Amma iqtisadçılar bu problemə daha ciddi yanaşmağı məsləhət görürlər. Onlar hesab edirlər ki, çörək və un istehsalının azalması birbaşa olaraq əhalinin azalıması ilə bağlıdır. Yay aylarından sonra miqrant axını çox artıb.

İqtisadçı Vaaqan Xaçaturyanın fikrincə, miqrasiya sürətlə gedir və demoqrafiyaya çox pis təsir göstərir. Onun sözlərinə görə, bir neçə ildən sonra Ermənistanda ölənlərin sayı doğulanlardan daha çox olacağını deyənlər tamamilə haqlıdırlar. Bunun üçün də hakimiyyət dərhal bu ciddi problemlə məşğul olmalıdır. “Yoxsa bizi çox pis zaman gözləyir”.