Ərdoğan canlı yayımda İlham Əliyevə təşəkkür etdi

23 Oktyabr, 2018 14:55 | İqtisadiyyat | Baxış sayı: 151
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti AKP qrup toplantısında çıxışı edib

Bu investisiyanın həyata keçirilməsi məsələsində dostum cənab İlham Əliyevə şəxsim və millətim adına təşəkkür edirəm.

İstiPress-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı deyib.

“İzmir şəhərində açılışı olan “Star” zavodunun xeyirli olmasını diləyirəm. Ən böyük neft zavodlarından biri kimi fəaliyyət göstərəcək bu zavodla cari kəsirimizi də 1.5 milyard dollar azaldacağıq. Bu layihə bütövlükdə götürüldükdə Azərbaycanın Türkiyəyə qoyduğu 10 milyardlıq investisiya layihəsidir”, - Ərdoğan bildirib.