Telman İsmayılovun Las-Veqasdakı "obyekt"inə həbs qoyuldu

23 İyun, 2017 07:37 | İqtisadiyyat | Baxış sayı: 128
Telman İsmayılov
Telman İsmayılov

Həbs qərarı “Moskva Bankı”nın iddiası əsasında verilib

Azərbaycan əsilli milyarder, AST Şirkətlər Qrupunun təsisçisi Telman İsmayılovun ABŞ-ın Las Veqas şəhərində yerləşən ticarət mərkəzinə həbs qoyulub. İstiPress-in RİA agentliyinə istinadən verdiyi xəbərə görə, həbs qərarı “Moskva Bankı”nın iddiası əsasında verilib.    

Məlumata görə, hazırda T.İsmayılovun “Moskva Bankı” qarşısında borcu 19 mlrd. rubldur.

“Moskva Bankı ABŞ məhkəməsinə müraciət edərək kreditlər üzrə ödəmələri dayandıran və əldə etdiyi vəsaitləri ölkədən çıxararaq xarici ölkələrdə qohumlarının adına daşınmaz əmlak əldə edən Telman İsmayılovu dələduzluqda ittiham edib. Məhkəmə ticarət mərkəzinə həbs qoyaraq kreditorun iddialarını cavablandırmaq üçün cavabdeh tərəfə vaxt verib”, - deyə bankın xəbərində bildirilir.    

Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib.

Məhkəmə onun əmlakının satışa çıxarılması proseduruna start vermişdi.