Bahalaşan neftdən pis xəbər

23 May, 2019 10:41 | İqtisadiyyat | Baxış sayı: 59
Platforma
Platforma

"Qara qızıl"ın qiyməti enməyə başlayıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşmağa başlayıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar geriləyərək 70,34 dollara düşüb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,54 dollar ucuzlaşaraq 60,88 dollar təşkil edib.

Azərbaycan neftinin qiymətində də azalma var. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,66 dollar ucuzlaşaraq 74,20 dollara təklif edilir. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.