Azərbaycanlı milyarderin oğlu "Forbes"in siyahısına düşdü

23 May, 2019 12:56 | İqtisadiyyat | Baxış sayı: 176
"Forbes"
"Forbes"

Yusif "ən varlı varis" siyahısında liderdir

“Forbes” jurnalının Rusiyada ən varlı varislərin reytinqini tərtib edib. Reytinqdə övladlarına külli miqdarda miras qoyacaq 20 ailə təmsil olunur. Jurnal siyahını tərtib edərkən sahibkarın varidatını uşaqları arasında bölüb.

"Lukoyl” kompaniyasının prezidenti əslən azərbayacanlı olan Vahid Ələkbərovun oğlu Yusif ardıcıl olaraq dördüncü dəfə reytinqə başçılıq edir. Yusif 21,8 milyard dollarlıq mirasla Rusiyanın ən varlı varisi adını qazanıb.

“LetterOne” və “Alfa-Qrupp” kompaniyalarının sahiblərindən biri Aleksey Kuzmiçevin əkiz qızları - Marqo və Taya dünyaya gəlib. İndi üç uşağına miras qoyacaq sahibkar siyahıda 18-ci yerə enib. Bu il onun 7,6 milyard dollarlıq varidatı artıq üç uşaq arasında bölünəcək və hər birinə təxminən 2,5 milyard dollar çatacaq.

Reytinq siyahısına düşən ailələrin hər övladına azı 2,3 milyard dollar düşür. Həmin ailələrdə ümumilikdə 48 uşaq var. “Forbes” jurnalının hesablamasına görə, hazırda Rusiyada 103 milyarder mövcuddur.

2018-ci ilin martında Vahid Ələkbərov öz aksiyalarını varislərinə trast vasitəsi ilə ötürəcəyini və onların paketi bölə bilməyəcəklərini bildirmişdi. O, həmçinin 2017-ci ilin payızında “Bloomberg” agentliyinə verdiyi müsahibədə varis axtardığını demişdi. Milyarderin sözlərinə görə, oğlu bu işi çox çətin saydığı üçün varisliyə yaramır.