Neftimiz rekorda gedir

23 May, 2018 09:55 | İqtisadiyyat | Baxış sayı: 83
Neftçi
Neftçi

81 dollarlıq bariyeri aşdıq

Azərbaycan neftinin qiyməti bahalaşıb. "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,42 dollar və yaxud 1,78% artıb. Neftin qiyməti  81,32 dollara çatıb. 

"Brent” markalı xam neftin bir barrelinin qiyməti yenidən 80 dolları keçib. Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 80,02 dollara satılır. Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barreli isə 72,35 dollara təklif olunur. 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.