Türk lirəsi kəskin ucuzlaşdı

23 Mart, 2019 11:54 | İqtisadiyyat | Baxış sayı: 144
Türkiyə lirəsi
Türkiyə lirəsi

Avro da bahalaşdı

Dollar/TL (Türk Lirəsi) məzənnəsi 7% yüksələrək 5.8460-a qədər qalxıb. 

İstiPress-in məlumatına görə, avro da 5% artımla 6.22-dən 6.52-yə yüksəlib.  

ABŞ Prezidenti Donald Trampın Golan təpəsi ilə əlaqədar açıqlamalarından sonra Türkiyə ilə ABŞ arasında gərginliyin artacağı ehtimal edilib. Bu ehtimal da məzənnə üzərində təzyiq yaradır. Eyni zamanda, Türkiyənin Rusiyadan S - 400 alması iki ölkənin münasibətlərini pisləşdirir.

Digər tərəfdən xarici investorlar Türkiyədə keçiriləcək seçkidən öncə Türk lirəsini satıb dollar alırlar. Xarici sərmayəçilər seçkidən sonra pul siyasətinin yumuşaldılacağını, faizlərin aşağı salınacağını bunun da Türk Lirəsinin daha da ucuzlaşmasına səbəb olacağını gözləyirlər.