Xoy zəlzələsinə görə Türkiyədə 7 nəfər öldü

23 Fevral, 2020 12:57 | İqtisadiyyat | Baxış sayı: 108

5 nəfər yaralanıb

İran-Türkiyə sərhəddində baş verən güclü zəlzələ nəticəsində Vanda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

İstiPress-in məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

O, ölənlərdən 3-nün uşaq olduğunu bildirib. Bundan başqa, dağıntılar altında olanlar var.

Qeyd edək ki, səhər saatlarında İran-Türkiyə sərhəddində 5,9 bal gücündə zəlzələ olub.