Ermənilərin yeni il qorxuları

22 Dekabr, 2018 16:33 | İqtisadiyyat | Baxış sayı: 144
Yoxsul ermənilər
Yoxsul ermənilər

Defolt üçün səbəblər çoxdur

Yeni ildə Ermənistanı defolt və devalvasiya gözlənilir. Bu barədə “Jamanak” qəzeti yeni hakimiyyətə yaxın olan mənbələrinə istinadla yazır. Bunun üçün səbəb az deyil. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, respublikada iqtisadiyyat sürətlə zəifləyir. Bütün məhsullar artıq bir neçə dəfə bahalaşıblar.

Dövlət büdcəsində vəsait çatışmazlığı 5 nazirliyin tamamilə bağlanmasına, yüzlərlə insanın işsiz qalmasına gətirib çıxarıb.

Amma yəqin ki, erməniləri ən çox narahat edən Rusiyadan alınan qazın qiymətinin artmasıdır. “Jamanak” yazır ki, yeni hökumət artıq Moskavanı erməni xalqı haqqında düşünməməkdə ittiham etməyə başlayıblar. Ancaq qəzet onu da qeyd edir ki, ölkədə baş verən hər şeyə görə real və ən əsas məsuliyyəti Paşinyanla komandasının üzərinə düşür. 

Hələlik isə baş nazir vəzifələrini icra edən şəxs  - Nikol Paşinyan xalqı vədlərlə aldadmağa davam edir. “2,5 milyard dollar tapanda və öz ordumuzu silahlandıranda....” Onda da heç nə olmayacaq. İrəvanda bunu yaxşı anlayırlar.