Azərbaycanlı milyarder "Forbes"ə düşdü

22 Dekabr, 2018 09:43 | İqtisadiyyat | Baxış sayı: 175
Dollar
Dollar

Onun sərvəti bir ildə 4,6 milyard dollar artıb

Azərbaycanlı milyarder "Forbes"in siyahısına düşüb. İstiPress-in məlumatına görə, bu "Lukoyl"un prezidenti və ən böyük səhmdarı Vahid Ələkbərovdur. 

"Forbes" 2018-ci ilin ən uğurlu və uğursuz milyarderlərinin adlarını açıqlayıb. İlk siyahıya dünyanın ən varlı adamı - "Amazon"nun rəhbəri Ceff Bezos rəhbərlik edir. Onun sərvəti bir ildə 27,9 milyard dollar artaraq 127,2 milyarda çatıb.

İkinci yerdə "Uniqlo" brendinin yaradıcısı Tadasi Yanaidir ( 7 milyardlıq artım. Ümumi sərvəti 27,1 milyard dollar). Ən uğurlular siyahısının üçlüyünü azərbaycanlı Vahid Ələkbərov qapayır. O, 4,6 milyard qazanc əldə edərək sərvətini 19,5 milyarda çatdırıb.

Uğursuzlar siyahısının başında isə "Facebook"un rəhbəri Mark Zukerberq gəlir. O bu il 18,7 milyard dollar itirib. İndi gənc iş adamının 52,5 milyardı var. Burada həmçinin "Zara" brendinin yadıcısı Amansio Orteqa (itki 16,2 milyard), "Schaeffler"in rəhbəri Georq Şeffler (14 milyard), meksikalı maqnat KArlos Slim (9.3 milyard itki) adları da var.