Burada muzeydən tutmuş idman salonuna kimi hər şey olacaq
Bir zamanlar qalxan və enən təyyarələrin sayına görə rekorda imza atan, Türkiyənin ən böyük hava limanı olan Atatürk aeroportunda millət bağçası salınır. Bağça ilə bağlı bəzi detallar bəlli olub.
Məlumata görə, ərazinn 30 faizi ümumi, 9 faizi isə hərbi sahədə xidmət etməyə davam edəcək. Geri qalan 5.2 milyon kvadrat metrdə isə gənclik mərkəzi, muzey, idman sahəsi, sərgi salonu, mehmanxana, fövqəladə hallarda toplanma mərkəzi olacaq. Layiihə 2021-ci ilin sonunda tamamlanacaq.
Hava limanı ərazisində söküntü işlərinə ötən həftədən başlanmışdı. Xatırladaq ki, Atatürk hava limanı aprel ayından fəaliyyətini tamamilə dayandırıb. Buna səbəb isə İstanbulda dünyanın ən böyük hava limanlarından birinin fəaliyyətə başlaması olub.