Neftlə bağlı bədbin proqnoz

22 Noyabr, 2018 17:40 | İqtisadiyyat | Baxış sayı: 107
Neft
Neft

"Qiymət 50 dollara kimi düşəcək"

"Uzunmüddətli perspektivdə neftin qiyməti 50 dollara kimi düşəcək". "Qara qızıl"la bağlı bu bədbin proqnozun müəllifi Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin olub. 

Nazirin sözlərinə görə, söhbət 2025-2030-cu illərdən gedir. "Hesablamalarımıza görə, 2025-2030-cu ilə qədər neftin qiyməti, təxminən, 50 dollar/barel səviyyəsində olacaq və ardından real olaraq bu səviyyədə qalmağa davam edəcək".

Xatırladaq ki, ötən ay neftin qiyməti 80 dollara kimi yüksəlib. lakin bu artım uzun çəkməyib. Bu günə olan məlumata görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar geriləyərək 63,14 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,21 dollar ucuzlaşaraq 54,42 dollara təklif olunur.