Lüks dünya brendi azərbaycanlı müğənnini siması seçdi

22 Noyabr, 2018 19:32 | İqtisadiyyat | Baxış sayı: 404
"Raymond Weil" inAzərbaycandakı siması
"Raymond Weil" inAzərbaycandakı siması

“Raymond Weil” Bakıda yeni marka saatlarının da təqdimatını etdi

Lüks İsveçrə saat markası "Raymond Weil" istedadlı gənc azərbaycanlı musiqiçi AİSEL-i brendin Azərbaycandakı siması elan edib. İstiPress-in məlumatına görə, "Raymond Weil" öz "Freelancer Lady" kolleksiyanın ruhunu və xanımlığı mükəmməl təmsil edəcək istedadlı musiqiçi Aisel Məmmədova ilə tərəfdaşlığını elan edib.

22 noyabr 2018-ci il tarixində "Raymond Weil" brendinin Azərbaycandakı rəsmi nümayəndəsi olan VMF Şirkətinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə AİSEL  "Raymond Weil Freelancer Lady" saat kolleksiyası üçün “BRENDİN DOSTU” nominasiyası ilə təltif olunub.

"Raymond Weil" inAzərbaycandakı siması
"Raymond Weil" inAzərbaycandakı siması

Lüks saatlar istehsalçısı olan “Raymond Weil” brend şirkətinin yeni marka saatlarının təqdimatı da keçirilib. Tədbirdə “Raymond Weil” şirkətinin 38 ölkə, o cümlədən Azərbaycan üzrə baş direktoru Xose Ramos, VMF şirkətinin baş direktoru Aidə Əliyeva, digər şirkət nümayəndələri və saat həvəskarları, o cümlədən media nümayəndələri iştirak edib. 

Tədbirə açılış sözü ilə başlayan VMF şirkətinin baş direktoru Aidə Əliyeva, təmsil etdiyi şirkətin "Raymond Weil" şirkəti ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın daha da genişləndirilməsini qarşılarına məqsəd olaraq qoyduqlarını qeyd edib.

Xose Ramos bildirib ki, bu il "Beatles" qrupunun şərəfinə yeni saat istehsal edilib. "Bizim şirkətin 5 qitədə 95 ölkədə 3 min mağazası var. Bizi fərqləndirən cəhət İsveçrənin qədim saat ənənələrini özümüzdə daşımağımızdır. Qiymətlərimizi ötən ildən aşağı salaraq əl çatanlığı təmin etmişik".

Təqdimatda "Raymond Weil" haqqında qısametrajlı film nümayiş olunub. 

"Raymond Weil" yarım əsrdən çoxdur ki, öz adını mediada ən uğurlu musiqiçilərlə birgə işıqlandırır. İsveçrəli saatsaz Maison operaya olan sevgisindən ilhamlanaraq, mükəmməl musiqiyə olan bağlılığını bütün saatlarının dizaynında da əks etdirir. Bu gün dünyaca məşhur musiqiçilərlə əməkdaşlıq edən "Raymond Weil"musiqiyə olan ehtiramını və sevgisini bütün qlobal marketinq strategiyasında istifadə edərək bütün səviyyələrdə) musiqini və musiqiçiləri  dəstəkləyir.

"Raymond Weil" yarım əsrdən çoxdur ki, İsveçrəli saatsazın və onun ailəsinin adını daşıyaraq, saat modellərində bu ailənin köklü mədəniyyətini və musiqiyə olan sevgisini təcəssüm etdirir.

1976-cı ildə əsası qoyulan şirkət hal-hazırda, markaya öz adını verən Raymond Weilin nəvəsi Elie Bernheim tərəfindən idarə edilir. Əsas mərkəzi Cenevrədə yerləşən şirkət ildən ilə inkişafını davam etdirərək bu gün İsveçrədə lider mövqeyə malik saat şirkətlərindəndir. 

40 ildən artıq saatsazlıq təcrübəsinə malik olan İsveçrə brendi "Raymond Weil" əsrlər boyu İsveçrədə əldə edilmiş saatsazlıq bacarıqları və təcrübələrini ön plana çıxarır. Həssaslıq, keyfiyyət, etibarlılıq, zadəganlıq və yüksək texnologiyalı materiallar brendin fəlsəfəsinin ən önəmli standartlarıdır.

"Raymond Weil" brendinin Azərbaycandakı rəsmi nümayəndəsi olan VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq dünya şöhrətli Isveçrə saat markalarının ölkəmizdə tanınması və sevilməsində əsaslı rol oynayır.

VMF şirkətinin təsisi eyni zamanda ölkədə keyfiyyətli və orjinal saat mədəniyyətininin yaradılmasının və formalaşmasının da təməlinin qoyulması addımı idi. Bu gün insanların güvənərək və sevərək aldığı İsveçrə saatları, bazara ilk dəfə məhz VMF Şirkəti tərəfindən təqdim olunub və 20 ildən çoxdur ki, bu mədəni irsin inkişafı uğurla davam etdirilir.

VMF-in müştərilərinə yüksək səviyyədə xidmətinin numünəsindən biri də, ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə məhz eyni anda öz alıcılarına təqdim etməsidir.

2001-ci ildən Raymond Weil brendi ilə əməkdaşlıq edən və 2012-ci ildə “Raymond Weil” butikini açan VMF Şirkətinin yaradılması Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim innovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev Azərbaycanda saat mədəniyyətinin təməlini qoyaraq yaratdığı VMF, bu gün dünya şöhrətli 18 saat markasını bir arada toplayaraq, 16 satış məntəqəsində təmsil olunur.