Nabrana axır ki, qaz çəkildi - VİDEO

22 Noyabr, 2017 19:54 | İqtisadiyyat | Baxış sayı: 349
Nabrana qaz şəkilir
Nabrana qaz şəkilir

Azərbaycanın məşhur kurortunun bu problemi həll edildi

Azərbaycanın Xəzər dənizi sahilində yerləşən ən məşhur istirahət guşəsi olan Nabranda qazlaşma işlərinə start verilib.

Bu barədə İstiPress olaraq dəfələrlə videomaterial və yazı vermişik. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 2015-ci ildə Xaçmazın Alekseyevka kəndində qaz açılışı zamanı bizə eksqluziv olaraq bildirmişdi ki, Nabranın qazlaşdırılması qarşıdakı illər ərzində baş tutacaq.

Qeyd eləyək ki, Prezident İlham Əliyev 2016-cı ilin sentyabr ayında Xaçmaza səfəri zamanı Nabranı təkbaşına gəzib müşahidə aparıb və bu ərazinin yenidən qurulması üçün müvafiq tapşırıqlarını vermişdi. Artıq “Azəiqaz” İstehsalat Birliyi məşhur Nabran -Yalama ərazisində yerləşən 19 kəndin mavi alovla təmin edilməsi işlərinə bir neçə aydır başlayıb.

Məlumatı verən Xaçmsz regional qaz istismarı isarəsinin baş mühəndisi Əlibaba Əliyev İstiPress-ə məlumat verib ki, Yalama ərazisində 5 kənd- Səlimoba, Yaquboba, Xanoba kəndləri tam qazlaşıb. Nabran ərazisində olan daha 14 kəndə qaz çəkilməsi işləri sürətlə davam edir. Nabran ərazisinin qazlaşması, Əlibaba Əliyevin sözlərinə görə, həm turizm, həm də ekoloji cəhətdən çox əhəmiyyətlidir.

Nabranda burada qazın olması qış turizminin xüsusi inkişafına səbəb olacaq. “Meşələrin qırılmasının yasaq olması burada Samur-Yalama milli parkının yerləşməsi sahibkarlara odun yanağı almaqda problem yaratdığından qış aylarında turistlərin sayı çox az olur, bəzən heç olmurdu. İndi qazın verilişi bu problemləri aradan qaldıracaq, Nabranın yenilənməsinə start verəcək”deyən Xaçmaz qaz istismarı idarəsinin baş mühəndisi əraziyə qazın politelin xətlərlə və metal borularla çəkildiyini bildirib.Yerli əhalinin qış aylarında yanacaq sarıdan korluq çəkməsinə də son qoyulacaq. Xaçmaz regional qaz istismarı idarəsinin baş mühəndisi Əlibaba Əliyev rayonun qaz korluğu yaşayan daha bir yaşayış məntəqəsinin probleminin həll olunmaq üzrə olunduğunu da söylədi

İstiPress-in çəkiliş qrupu
İstiPress-in çəkiliş qrupu

2013- cü ildə prezident sərəncamılə vaxtilə Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən və qonşu ölkəyə köçən Rusiya vətəndaşların yaşadığı keçmiş Xraxoba kəndinin ərazisində salınmış Palıdlı kəndinə təbii qaz Xaçmaz qazpaylayıcı stansiyadan verildiyindən qaz bu əraziyə çatmırdı və əhali yanacaq sarıdan ciddi problemi yaşayırdı. Azəriqaz bu problemi aradan qaldırmaq üçün Xudat-Bostançı xəttindən 3100 metr politelin xəttlə bu kəndə də yeni xətt çəkildiyini deyib. Məlumata görə, artıq xətt hazırdır və uzağı bir həftəyə Palıdlı kəndi və ətraf 2 kəndin qaz probleminə son qoyulacaq.

Qeyd edək ki, Palıdlı kəndinin orta məktəbin istilik şəbəkəsi qazla işlədiyindən son 2 ildə qış aylarında məktəb ciddi çətinlik çəkib istilik sarıdan, soyuq məktəbdə uşaqlar arasında xəstəlik yayıldığından davamiyyət çox aşağı olub. Əlibaba Əliyev regional qaz istismarı idarəsi yaranandan şimal bölgəsində 65 kəndin tamamilə qazlaşdığını qeyd edib. Onun sözlərinə görə, bölgənin 6 rayonunun dağ kəndlərinin qazlaşdırılması da “Azəriqaz”ın tədbirlər planında əsas yer tutur. Qarşıdakı ildə Qubanın Güney məhəllə və Ərməki, Qusarın Cibir, Piral, Xaçmazın Krasnıy Xutor, Siyəzənin Qalaltı-Məşrif, Şabranın Qorğan kəndlərinə qaz çəkilməsi planlaşdırılır və hazırda layuhə-smeta sənədləri hazırlanır. Qışa hazırlıq işlərinin də artıq başa çatdığını deyən “Azəriqaz” rəsmisi işlətdiyi qazın dəyərini vaxtında ödəyən abonentlərin mənzillərinə qış aylarında davamlı olaraq qaz veriləcəyinə də vəd verdi.

Aytəkin Alxaslı / İstiPrress 

Nabrana qaz çəkildi