Mingəçevirdə suyun səviyyəsi 40 illik minimumdan aşağı düşüb

22 Oktyabr, 2019 17:03 | İqtisadiyyat | Baxış sayı: 53
Mingəçevir su anbarı
Mingəçevir su anbarı

Son illər Kür çayında suyun səviyyəsi azalmaq üzrədir

Son illər yer kürəsində iqlim dəyişiklikləri mövcuddur və bu, Azərbaycandan da yan keçməyib”.

İstiPress-in məlumatına görə, bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin su anbarları və hidroqovşaqların istismarı sektorunun müdiri Elxan Hüseynov deyib.

Onun sözlərinə görə, son illər Kür çayında suyun səviyyəsi azalmaq üzrədir və bu, Mingəçevir Su Anbarının işinə təsir edir: “Hazırda anbarda suyun səviyyəsi son 40 il üzrə ən aşağı həddədir. Bu da bir sıra rayonların su ilə təminatına təsir edir. Hazırda azalmanı aradan qaldırmağa çalışırıq. Məsələn, ötən il ölkə Prezidentinin tapşırığı ilə Yuxarı Şirvan kanalında dərinləşdirmə işləri aparılıb”.