Bazarda qiymətlər naziri şoka saldı - FOTO

22 Avqust, 2019 15:43 | İqtisadiyyat | Baxış sayı: 305

Baş Nazirin müavini: "Yayın ortasında iki manata kartof olmaz"

Baş Nazirin müavini Əli Əhmədov və Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda kənd təsərrüfatı yarmarkası, kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı "Yaşıl bazar" və paytaxtdakı supermarketlərdən birinə baxış keçirib.

İstiPress-in məlumatına görə, Baş Nazirin müavini satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə maraqlanıb, satıcıları və alıcıları dinləyib.

Ə.Əhmədov satıcılardan birindən kartofun qiymətini soruşub. Satıcıdan "iki manat" eşidincə Ə.Əhmədov qiymətin baha olduğunu deyib: "Yayın ortasında iki manata kartof olmaz".