Avropa Azərbaycan qazına bir addım da yaxınlaşdı

22 Avqust, 2019 09:07 | İqtisadiyyat | Baxış sayı: 53
TAP-ın inşaası
TAP-ın inşaası

TAP-ın İtaliya hissəsində torpaq işləri yekunlaşıb

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) boru kəmərinin İtaliya hissəsində torpaq işləri yekunlaşıb. Bu barədə şirkətdən məlumat verilib. Görülən işlərin həcmi bu gün 90 faizə yaxındır. 

Ötən ay boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert İtaliyada, Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlandığını açıqlamışdı. "Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Hazırda qəbul terminalının inşasının 32 faizi yekunlaşıb. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib”

Xatırladaq ki, layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.