Sabunçu qatarının qiyməti bilindi

22 May, 2019 09:18 | İqtisadiyyat | Baxış sayı: 392
Bakı - Sabunçu qatarı
Bakı - Sabunçu qatarı

Sabunçu dəmir yolu vağzalından şəhərə gəlmək üçün 50 qəpik ödəniləcək

Ötən gün prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı - Sabunçu dəmir yolu xəttində gediş haqqı müəyyən edilib. Sərnişinlər gediş üçün 50 qəpik ödəyəcəklər. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

“Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik".

Bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub. Prezident özü də Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağzalına gedib. yola düşdü.