Dövlət bu torpaqları dəmir yolu tikintisi üçün alacaq

22 Aprel, 2019 17:36 | İqtisadiyyat | Baxış sayı: 149
Nazirlər Kabineti
Nazirlər Kabineti

Nazirlər Kabineti yeni qərar verdi

Nazirlər Kabineti “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

AzərTAc bildirir ki, qərara əsasən Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqların özgəninkiləşdirilməsi ilə əlaqədar həmin torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti həmin torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir.

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə olunub.