“Boeing” şirkətinə növbəti zərbə

22 Mart, 2019 10:52 | İqtisadiyyat | Baxış sayı: 66
Boeing 737 MAX
Boeing 737 MAX

49 ədəd təyyarənin sifarişi ləğv edilib

Daha bir beynəlxalq hava yolu şirkəti  “Boeing”lə bağladığı müqavilədən imtina edib.

İstiPress-in məlumatına görə, İndoneziyanın “Garuda İndoneziya” şirkəti “Boeing”ə verdiyi 49 ədəd “737 MAX” təyyarəsinin sifarişini ləğv edib.

“Garuda” rəsmiləri bu barədə “Boeing”ə rəsmi məktub göndərib.

Məlumata görə, müqavilənin dəyəri milyard dollar həcmində olub.

Qeyd edək ki, son 6 ayda “Boeing 737 MAX” modelli təyyarə iki dəfə qəza keçirib. Nəticədə 346 nəfər vəfat edib. 10 martda Efiopiyada 157 nəfərin öldüyü qəzadan sonra bütün dünyada bu təyyarələrin uçuşu ləğv edilib.

Xatırladaq ki, “737 MAX” modeli “Boeing” şirkətinin tarixində ən çox satılan təyyarə idi.