Erməni kasıblara şad xəbər

22 Mart, 2018 12:45 | İqtisadiyyat | Baxış sayı: 121
İrəvanda mitinq
İrəvanda mitinq

Ermənistanın 2018-ci il büdcə layihəsində hökumət əmək haqqı və sosial müavinətlərin artırılmasını nəzərdə tutmur.

İstiPress-in  "news.am"a istinadən verdiyi məlumata görə, bu barədə maliyyə naziri Vardan Aramyan parlamentdə "Çıxış" fraksiyasından olan deputat Ararat Mirzoyanın sualına cavab olaraq bildirib. 

Nazir deyib: "Biz bunu edə bilmərik, çünki bu gün minimum əmək haqqını artırarıqsa, iqtisadi vəziyyət ona icazə verməyəcək".

Eyni zamanda,  qarşıdan gələn 3-4 il içərisində mövzunun diqqət mərkəzində olacağını ifadə edib.