Erməni hakimiyyətinin dəvəquşu siyasəti

22 Mart, 2018 10:37 | İqtisadiyyat | Baxış sayı: 210
Dəvəquşu ferması - Artaşat, Ermənistan
Dəvəquşu ferması - Artaşat, Ermənistan

İrəvanın son ümidi

Ermənistanın əyalətləri getdikcə yoxsullaşır. Amma həm həkimiyyət, həm də KİV-lər bunu görməkdən imtina edir.

İstiPress-in məlumatına görə, bu barədə jurnalistlərə Fermer İrsi təşkilatının rəhbəri Sarkis Sedrakyan bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı siyasətinin düzgün aparılmaması ona gətirir ki, kənd sakinləri torpağı tullayıb miqrasiya edirlər. Sedrakyanın sözlərinə görə, bu siyasət nəticəsində böyük torpaq sahədəri artıq istifadə üçün yararsızdır. O, dövlətin pulunun olmaması barədə söhbətləri də təkzib edib. Son 3 il ərzində xaricdən Ermənistana kənd təsərrüfatının inkişafı üçün 130 milyon dollar daxil olub, bundan əlavə, 60 milyon dollar vəsait də qrant kimi verilib. Amma bu pulların heç biri fermerlərə çatmayıb.

Elə həmin gün baş nazir Karen Karapetyan dəvaəquşu fermasına baş çəkib. Baş nazirə bildiriblər ki, sərmayə nəticəsində dəvəquşu sayı  600-ə çatıb. Baş nazir Ermənistanda dəvəquşu təsərrüfatının inkişafını alqışlayıb və bildirib ki, bu, Ermənistanda  kənd təsərrüfatının inkişafına səbəb olacaq.

Dəvəquşular öz həyatlarına cüzi təhlükə olan kimi başlarını ya quma, ya da torpağa salırlar.