Neft yenə gerilədi

22 Fevral, 2020 11:32 | İqtisadiyyat | Baxış sayı: 37
Neft
Neft

"Qara qızıl"ın qiyməti 58 dollara düşüb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar geriləyərək 58,50 dollara düşüb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,42 dollar ucuzlaşaraq 53,46 dollar təşkil edib. 

Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar artaraq 62,20 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.