Neft 15 ay əvvəlki səviyyəyə qədər ucuzlaşdı

21 Dekabr, 2018 14:52 | İqtisadiyyat | Baxış sayı: 83
Neft
Neft

Brent markalı neft 2017-ci ilin sentyabrın 12-si səviyyəsinə düşüb

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

IstiPress-in məlumatına görə, İCE London birjasında Brent markalı neft 2017-ci ilin sentyabrın 12-dən bəri ilk dəfə olaraq 54 dollardan ucuz satılıb. 

Belə ki, İCE London birjasında Brentin qiyməti 1,079 faiz ucuzlaşaraq barreli 53,77 dollar olub.

WTI markalı neft isə 0,592 faiz ucuzlaşaraq barreli 45,61 dollar təşkil edib.