5 ildə ümumi məbləğ 97 milyon doolar olub
Türkiyə Statistika Qurumunun açıqlamasına görə, 2011 – 2015–ci illər ərzində yeni ildə küçələrdə istifadə olunan bəzək və işıqlar üçün idxal olunan əşyalar üçün məbləğ 100 milyon dollara yaxındır.
Yeni il ağaclarının bəzəyində istifadə olunan işıqlar və bəzəklərin idxalında 2011-ci ildə 23 milyon 937 min dollar, 2012-ci ildə 20 milyon 659 min dollar, 2013-cü ildə 16 milyon 448 min, 2014-cu ildə 16 milyon 3 min dollar xərclənib. Yeni il ağaclarının lampa və bəzəklərinə keçən il 19 milyon 909 min dollarlıq xərclənmə olub. Beləliklə, 5 ildə ümumi məbləğ 97 milyon doolar olub.
Ən çox idxal Çindən olunub. İdxalın 85 milyon dollarını aşan hissəsi Çinin, qalan hissəsi Avstraliya Tailand və Vyetnamın payına düşür.
Bayram şənlikləri və digər əyləncələr üçün əşya kateqoriyasına aid olan mallar həmin dövrdə 59.5 milyon dollardan çox olub. Bu ixracatda da 56 milyon dollar Çinin payına düşür.