Əmək haqları artırılacaq

21 Oktyabr, 2019 12:13 | İqtisadiyyat | Baxış sayı: 467
Manat
Manat

Dövlət və icmal büdcələri ilə bağlı layihələrdə öz əksini tapıb

Gələn il Azərbaycanda orta aylıq əmək haqqı 15,5% artacaq.

İstiPress-in məlumatına görə, bu rəqəm Azərbaycanın 2020-ci il üçün dövlət və icmal büdcələri ilə bağlı layihələrdə əksini tapıb.

Proqnoza görə, növbəti üç il ərzində əhalinin gəlirləri real ifadədə 8,3 faiz artaraq 2023-cü ildə 80,3 milyard manata çatacaq, xərclər isə 7,9 faiz artaraq 69,4 milyard manata çatacaq. 2020-ci ildə əhalinin sosial rifah halının yüksəldilməsi üçün bu il görülən tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində orta aylıq əməkhaqqının 15,5 faiz artacağı gözlənilir.