Azərbaycanlı milyarder yeni problemlə üzləşib

21 Oktyabr, 2019 10:14 | İqtisadiyyat | Baxış sayı: 100
Fərhad Əhmədov
Fərhad Əhmədov

İş adamının İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər

Azərbaycanlı biznesmen Fərhad Əhmədov problemlə üzləşib.

İstiPress-in məlumatına görə, “The Daily Mail” yazır ki, iş adamının İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər. Buna səbəb F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsidir. Məhkəmənin qərarına əsasən, o, T.Əhmədovaya sərvətindən 450 milyon funt-sterlinq ödəməli olsa da, biznesmen keçmiş xanımının yalnız 5 milyon funt-sterliq köçürüb.

Qeyd edilir ki, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir.