Gəlirlərimiz artıb

21 Avqust, 2019 08:27 | İqtisadiyyat | Baxış sayı: 24
200 manatlıq əskinazlar
200 manatlıq əskinazlar

Nominal gəlirlər 32 218,8 mln. manata çatıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 32 218,8 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə,  ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,7% artaraq 3 259,7 manata çatıb.