Sarkisyan İrəvanı itirir

21 İyul, 2017 13:56 | İqtisadiyyat | Baxış sayı: 247
İrəvan şəhəri
İrəvan şəhəri

Korrupsiya ölkəni içəridən dağıdır

Hakimiyyətin bütün səylərinə baxmayaraq, Ermənistanda korrupsiya çiçəklənməkdə davam edir. Korrupsiya xüsusən, dövlət gəlirləri ilə əlaqədar olan strukturlarda daha qabarıq şəkildə özünü büruzə verir. 

"Qraparak" qəzeti yazır ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Vardan Arutunyan xoşuna gəlmədiyi işçini uzaqlaşdırmaq əvəzinə elə bir yerə göndərir ki, işçi özü istefa ərizəsini yazmağa məcbur olur. Komitədə düşünürlər ki, kadrların əvəzlənməsi o qədər sürətlə baş verir ki, qapıda iş qrafikini dəyişməyə macal tapmırlar. Məsələn, keçmiş deputat Vardan Ayvazyanın yaxın qohumu Artur Ayvazyan bir ildə 3 dəfə iş yeri dəyişib.

Bununla yanaşı, ərzaq məhsullarının təhlükəsizliyi Dövlət Xidmətində də bu cür özbaşınalıq halları artıb. Burada hətta işçinin kənarlaşdırıldığı tarix konkret göstərilmir, istefa ərizələri tarix qoyulmadan yazılır. Xidmətin əməkdaşı Narek Mantaşyan baş nazirə öz qurumundan şikayət etsə də, bu şikayət mətbuatda bir neçə dəfə yayılsa da, xidmətin rəhbəri İşxan Karapetyan heç nəyə baxmayaraq öz bildiyini edib və onu vəzifəsindən azad edib. Xidmətin mətbuat katibi məsələyə bu cür yanaşır: o, öz istəyi ilə vəzifəsindən istefa verib.

"Aykakan jamanak" qəzeti yazır ki, Dövlət Gəlirlər Komitəsi bir az irəli gedərək kassa apparatları üzərində nəzarəti də öz üzərinə götürüb, bu idarəyə isə ancaq texniki funksiyalar daşımağı tövsiyə edib. Layihə gerçəkləşərsə, avqustun 1-dən bu, qüvvəyə minəcək.

İravunk qəzeti yazır ki, Aleksanyanın "şəkər imperiyası"nı çökdürmək cəhdləri də uğursuzluğa düçar olub. Üç ay bundan əvvəl "Ayazn" partiyasının üzvü Armen Mkrtçyan bəyan edib ki, Rusiya-Gürcüstan sərhədində Ermənistana yola düşməkdə olan şəkər partiyası aşkar olunub. Bütün yoxlamalardan keçdikdən sonra, mal Rusiyaya yola salınıb, ruslar isə idxalı həyata keçirməkdən imtina edib. Mkrtçyanın hədəfi Ermənistanda monopoliyanı dağıtmaq cəhdi olub və bu cəhdlər də uğursuz olub. Qeyd edək ki, şəkər monopoliyasına deputat və biznesmen Samvel Aleksanyan rəhbərlik edir.

Ermənistanın Mərkəzi Bankı isə lombardların üzərinə hücuma keçib. Bank hər gün lombardların siyahısını dərc edir, maliyyə nəzarəti mexanizmlərini sərtləşdirir, reydlər həyata keçirir və cərimə etmək üçün təkrar-təkrar yoxlamalar aparır. 

Bütün bunların fonunda mətbuatda İrəvanda ictimai nəqliyyatda gediş haqlarının qalxması barədə söhbətlər də gəzir. Sentyabrda gediş haqları arta bilər. 

Ermənistanda rüşvəxtxorluq o dərəcəyə çatıb ki, hətda ölkənin əsas orqanları bu qorxunc ləkə ilə mübarizə aparamaqda çətinlik çəkir. Ölkədə dolların qiymətinin qalxması biznesməenlərə çətinlik yaradır. ABŞ valyutası bəzi mafioz qurupların əlində dövr edir.

Korrupsiyaya Qarşı Beynəlxalq agentlik 1980–ci illərin sonunda dünya üzrə ölkələrin reytinqində Ermənistanı 25–ci pillədə qərarladırmışdı. İndiki dövrdə isə bu reytinqdə bu ölkə antirekorda imza atıb.

Bəzi ekspertlərin fikrincə, yaxın gələcəkdə əhalini gərgin proseslər gözləyir. O ki, qaldı prezident Sarkisyanın movcud olmasına, ölkə parlamenti yeni dövlət idarəetmə sisteminin qurulması məsələsində əsas rol ayırıb. Bu da mənalı və çox məsuliyyətli dövrə qədəm qoymaq deməkdir. Nə dərəcədə effektli olacağını isə zaman göstərəcək.

Tural Səftərov//İstiPress