Neft kəskin bahalaşdı

21 İyun, 2019 10:27 | İqtisadiyyat | Baxış sayı: 153
Neft
Neft

Brent 65 dollara yaxınlaşıb

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyunun 20-nin yekununa görə, 64,45 dollar/barel olub, bu da əvvəlki göstəricidən $2,63 (4,25%)  çoxdur.

İstiPress-in məlumatına görə, həmin gün WTI nefti  $3,1 (5,74%) bahalaşaraq  57,07 dollar/bareldən satılıb.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 19-da 63,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.