Pambıq tarlalarında insanları zəhərləyən iki oliqarx

21 İyun, 2018 10:12 | İqtisadiyyat | Baxış sayı: 520
Zəhərlənmiş qadın
Zəhərlənmiş qadın

Sapotajçı inhisarların gizli fəaliyyəti

Hüquq-mühafizə orqanlarından mətbuata  pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı şirkətin adı sızdırılıb. 

İstiPress-in məlumatına görə, bu iddia ilə Bakıda fəaliyyət göstərən "haqqın.az" saytı çıxış edib. Satdan bildirilib ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, pambıq tarlalarında istifadə edilmiş pestisidləri alan iki şirkətin adı məlum olub.

Məlumata görə, “MTK” MMC и “CTC-agro.az” şirkətlərinin inhisarçılıq qaydasında aldıqları pestisidlər kütləvi zəhərlənmələrə gətirib çıxarıb. "Haqqın.az" həm də bu şirkətlərin fəaliyyətini araşdırmaqda olduğunu və yaxın saatlarda adı çəkilən inhisarçıların cinayətkar izləri ilə geniş məlumat dərc edəcəyini bildirib və iddia edib ki,  sözügedən şirkətlər keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədova yaxın sahibkarlara məxsusdur. Qeyd edək ki, “CTC-agro.az” şirkətinin rəhbəri Zakir Əzimovdur.