Pambıq sahəsində uşaqlar da zəhərləndi

21 İyun, 2018 09:55 | İqtisadiyyat | Baxış sayı: 104
Təcili yardım
Təcili yardım

Yeni kütləvi zəhərlənmə ocağı

Yevlax rayonunda yerləşən pambıq sahələrindən birində zəhərlənən 24 nəfərdən 8 nəfəri valideynləri ilə birgə pambıq sahəsinə gedən uşaqlardır.

İstiPress-in məlumatına görə, onlar Hacımahmudlu kəndi ərazisində yerləşən pambıq sahəsində işləyən yerli və qonşu Murallı kəndinin sakinləri sahədə zəhərləniblər.

İlkin məlumatlara görə, 16 nəfər xəstəxanaya aparılıb. Onların kimyəvi maddədən zəhərləndiyi bildirilir. Hazırda zərərçəkmiş şəxslərin hamısının vəziyyəti sabitdir və onlar həkim nəzarəti altındadırlar.

Zəhərlənənlər:

Ağakişiyeva Fərqanə (1992)

Ağakişiyev Natiq (1976)

Vahidova Rövşənə (1984)

Muradova Lalə (1986)

İsmayılova Ayşən (1985)

Məmmədova Rahidə (1973)

Əsgərova Lalə (1988)

Əliyeva Solmaz (1982)

Əliyev Xəyal (1987)

Tapdıqova Aynur (1987)

Abbasova Süsənbər (1959)

Hüseynova Sevinc (1965)

Nuriyev Füzuli (1989)

Abbasova Rəksanə

Qasımov Zəlimxan (2000)

Həziyev Rəşad (2001)

Allahverdiyev Amil (2005)

Sarıyev Ayxan (2002)

Hüseynli Ayxan (2004)

Vəliyev Hüseyn (2002)

Qasımov Samir (2003)

Hüseynli Munis (2003)

Əlizadə Ülvi (2001)

Ağakişiyeva Aysel (2004)

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bundan əvvəl analoji hadisələr Salyanda və İmişlidə baş vermişdi. İmişlidə 141 nəfər xəstəxanaya müraciət etmişdi. Onlardan 12-nin hələ də həkim nəzarətində olduğu bildirilir.

Onu da qeyd edək ki, kənd təsərrüfatı nazir İnam Kərimovun əmri ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev həmin hadisələrə görə işdən çıxarılıb. Çünki zərərvericilərə qarşı dərmanların gətirilməsinə, keyfiyyətinə onun rəhbərlik etdiyi xidmət nəzarət edirdi. Onun yerinə Ələddin Eyvazov təyin olunub.