Neft bu gün də bahalaşdı - QRAFİK

21 May, 2020 11:16 | İqtisadiyyat | Baxış sayı: 57
Neft
Neft

Həm Brent, həm də WTI bahalaşıb

Londonun "ICE Futures" birjasında bu gün səhər keçirilən növbəti hərrac zamanı “Brent" markalı neftin bir barelinin qiyməti 36,67 ABŞ dolları təşkil edib.

İstiPress-in məlumatına görə, daha öncə hərrac zamanı “Brent" markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,3% artaraq 36,14 ABŞ dolları təşkil etmişdi.

Bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 36  ABŞ dollarından yuxarı olmuşdu. 

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 4,3% artaraq 33,33 ABŞ dolları olub.