Azərbaycan və Türkiyənin Rusiya günü sürprizi

21 May, 2018 19:56 | İqtisadiyyat | Baxış sayı: 782
Rusiya günündə parad
Rusiya günündə parad

Erməniləri çox qorxudan böyük layihə başlayır

Rusiya günü 2018-ci ildə yalnız rusiyalılar üçün bayram olmayacaq - iyunun 12-də enerci axınları xəritiəsində ykni istiqamət peyda olacaq - Türkiyə və Azərbaycan  Transanadolu qaz kəmərini (TANAP) işə salacaqlar.

İstiPress-in məlumatına görə, bu barədə “Lenta.ru” portalındakı geniş analitik məqalədə bildirilir.

12 iyun Rusiyada müstəqillik günü kimi bayram edilir. Paytaxt Moskvada və digər şəhərlərdə bununla bağlı paradlar və xalq nümayişləri keçirilir. Rusiya millətçiləri həmin gün vaxtilə Rusiyanın nəzarətində olmuş ölkələrə moto və avtoyürüşlər keçirir və həmin günü Rusiya imperializminin bayramı kimi qeyd edirlər.

TANAP layihəsi Cənub Qaz Dəhlizinin bir hissəsidir
TANAP layihəsi Cənub Qaz Dəhlizinin bir hissəsidir

Buna görə, portal məqaləsinə rəng verərək həmin günü Türkiyə və Azərbaycanın Avropaya qazla təsirini azaltmağa çalışdıqlarını iddia edir. Məsələ bundadır ki, qaz təchizatı çoxdan Rusiyanın əlində Avropaya siyasi təzyiq alətinə çevrilib. Buna görə, məqalə müəllifi təəccüblənir ki, niyə Rusiya Azərbaycan və Türkiyənin ona yaratdığı problemə dırnaqarası baxır? Məqalə müəllifi iddia edir ki, TANAP vasitəsi ilə Avropaya indi az, təxminən 10 milyard kubmetr qaz ixrac edirsə, gələcəkdə bu, bir neçə dəfə arta bilər. Buna görə də məqalə bir növ rusları “ayıltmaq” məqsədi daşıyır. 

Amma rəqəmlər göstərir ki, bu, heç də belə deyil. Rusiya keçən il Avropaya 194 milyard kubmetr qaz ixracı edib, yəni Azərbaycan qaz nəqlini hətta 5 dəfə artırsa belə Rusiyaya altenativ ola bilməz. Yəni bazarda bütün rıçaqlar Rusiyanın əlində olacaq. Özü də, Avropanın əsas sənaye ölkəsi Almaniya Rusiyanın tam nəzarəti altındadır. 2017-ci ildə Almaniya Rusiyadan 53,4 milyard qaz alıb. Azərbaycan isə Avropanın cənubuna qaz satmaq istəyir ki, hazırda oralar Yaxın Şərqdən gələn maye qazla və ya kömürlə təchiz edilir ki, Rusiyanı bu məsələ narahat edəsi deyil.

Sadəcə, Azərbaycanın TANAP layihəsindən ən çox narahat olan ermənilərdir. Kəmər vasitəsi ilə Azərbaycan yaxın gələcəkdə hər il 6-9 milyrad dollar gəlir əldə edəcək ki, bu da təxminən «Azəri-Çıraq-Günəşli»dən əldə edilən gəlirə bərabərdir. Özü də bu daha sabit və uzunömürlü gəlirdir. Təbii ki, bu pullar Azərbaycan ordusunu ildən ilə gücləndirəcək və Ermənisitan üçün Qarabağı işğal altında saxlamaq ildən ilə daha çətin olacaq - permanet müharibə Ermənistandan miqrasiyanı dəstəkləməklə ölkəni getdikcə daha xarabalıq vəziyyətə salacaq. Məhz buna görə erməni lobbisi bu cür yazılar sifariş edərək Rusiyanın məsələyə müdaxiləsinə nail olmağa çalışırlar.