Mərkəzi Bankın valyuta hərracında dollara tələb azaldı

21 Aprel, 2020 12:57 | İqtisadiyyat | Baxış sayı: 97
Dollar
Dollar

Təxminən 26,8% azalıb

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İstiPress-ə bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 16-na nisbətən 14,2 milyon ABŞ dolları və ya təxminən 26,8% azalaraq 38,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.