“Azərişıq” ASC-dən açıqlama
Bu gün saat 10.30-dan 12.00-dək Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov, Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.
İstiPress-in məlumatına görə, bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, fasilə 669 saylı transformator məntəqəsində yenidənqurma və cari təmir işləri ilə əlaqədardır.