Neftdən sevindirən xəbər

21 Fevral, 2019 10:43 | İqtisadiyyat | Baxış sayı: 87
Neft
Neft

Qiymət artmaqda davam edir

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar artaraq 67,20 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,83 dollar bahalaşaraq 56,92 dollar təşkil edib.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar artaraq 68,50 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.