Neft rekordun bir addımlığında

20 Dekabr, 2019 10:45 | İqtisadiyyat | Baxış sayı: 89
Neft
Neft

"Qara qızıl"ın qiyməti 70 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar artaraq 66,66 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,02 dollar ucuzlaşaraq 61,16 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar artaraq 69,43 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.