Azərbaycan xaricə işçi qüvvəsi göndərəcək - RƏSMİ

20 Dekabr, 2017 16:56 | İqtisadiyyat | Baxış sayı: 319
Bakıda əmək birjası
Bakıda əmək birjası

"Azərbaycan ölkədən artıq işçi qüvvəsini xaricə ixrac edə bilər".

İstiPress-in məlumatına görə, bu barədə əmək və əhalinin social müdafiəsi naziri Səlim Müslümov  Bakıda keçirilən "Əmək bazarı: islahatlar və perspektivlər" mövzusunda konfransda jurnalistlərə bildirib.

Səlim Müslümov - əmək və əhalinin sosial müdafiəsi naziri
Səlim Müslümov - əmək və əhalinin sosial müdafiəsi naziri

Onun sözlərinə görə bu, ölkədə artıq qalan işçi qüvvəsinin işlə təmin edilməsi yollarından biri kimi nəzərdən keçirilir.

“Bizim qarşımızda məsələ dayanır-bu izafi işçi qüvvəsinin məşğulluğunu necə təmin edək, yeni iş yerləri yaradaq, yoxsa onları xaricə ixrac edək? Sonuncu halda həmin işçi qüvvəsi dünya əmək bazarında rəqabətə davam gətirə biləcəkmi?”- deyə nazir vurğulayıb.