Neft yenə məyus etdi

20 Noyabr, 2019 10:15 | İqtisadiyyat | Baxış sayı: 37
Neft
Neft

Qiymət bir neçə günlük bahalaşmadan sonra yenə azalır

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar ucuzlaşaraq 62,26 dollara düşüb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar azalaraq 56,79 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti də düşüb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,79 dollar azalaraq 66,91 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.