Neftin qiymətini artırıb-azaldan 3 adam

20 Noyabr, 2018 11:17 | İqtisadiyyat | Baxış sayı: 132
Neft
Neft

Bu siyahıda Azərbaycanın ən yaxın qonşusunun da adı var

Dünya bazarında neftin qiymətini üç nəfər müəyyən edir. İstiPress-in məlumatına görə, "Bloomberg" agentliyi bu qənaətə gəlib. Bunlar Rusiya prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Səudiyyə Ərəbistanının varis şahzadəsidir. 

Məqalə müəllifinin fikrincə, artıq OPEK qiymət formalaşması siyasətində ciddi rol oynamır. Adıçəkilən üç ölkə təşkilatın digər 15 üzvindən daha çox neft istehsal edir. 

Amma hər üç liderin öz məqsədləri, maraqları var. Əl-Riyad hasilatı azaltmaqla ölkə büdəcsini doldurmağa çalışır. 

Tramp ərəb jurnlaisti Camal Kaşıqçının qətli fonunda baş verən hadisələrə baxmayaraq Səudiyyə ilə münasibətlərini pozmaq istəmir. 

Rusiya isə neftdən daha az asılı olmaq yolunda çalışır. Putin neftin qiymətinin 70 dollar olmasının belə ona çox sərf etdiyini deyib.