Azərbaycanı varlandıracaq qatarın ilk sərnişinləri kim olacaq?

20 Oktyabr, 2017 10:03 | İqtisadiyyat | Baxış sayı: 266
Bakı-Tiflis-Qars dəmir yolu (qırmızı xəttlə işarələnib)
Bakı-Tiflis-Qars dəmir yolu (qırmızı xəttlə işarələnib)

İlk qatar oktyabrın 30-da yola düşəcək

Uzun illərdir gözlənilən Bakı-Tiflis-Qars dəmiryolunda ilk səfər oktyabrın 30-da baş tutacaq. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə ölkənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan məlumat verib. 

"Bölgənin taleyi beynəlxalq layihələrə qoşulmadan asılıdır. Hava limanları var idi, amma dəmiryolusuz mümkün deyildi. Bakı-Tiflis-Qars oktyabrın 30-da 3 ölkənin prezidentinin də iştirakı ilə işə salınacaq. Qatar Bakıdan yola çıxacaq. Bu qatar işə düşəndən sonra İpək Yolu da canlanacaq". 

Nazir iranlı həmkarı ilə görüşündən də danışıb. Onun sözlərinə görə, müzakirə edilən əsas məsələ Qars- Iqdır-Naxçıvan dəmiryolunun İslamabada və oradan da İrana qayıtması ilə bağlı olub.  "Ayın axırında Azərbaycanda keçiriləcək toplantıda da bu məsələ müzakirə olunacaq".