Bu savaş 20 il sürəcək...

20 Sentyabr, 2018 13:40 | İqtisadiyyat | Baxış sayı: 195
ABŞ və Çin arasında ticari savaş
ABŞ və Çin arasında ticari savaş

Dünyanaın ən varlı adamından şok xəbərdarlıq

Çin ilə ABŞ arasında ticarət savaşı 20 il davam edə bilər. "Alibaba Group"un rəhbəri, dünyanaın ən zəngin iş adamlarından olan Jack Ma  insanların uzun müddətli ticari savaşa hazır olmaları gərəkdiyini bildirib. 

Onun sözlərinə görə, hazırda dünyada iqtisadi vəziyyət o qədər də yaxşı deyil. "20 gün, 20 ay deyil, bəlkə də 20 il davam edəcək bu savaş". 

O, bunun üçün də Çinin Afrika, Cənubi Asiya və Avropanı bağlayan modern zamanın "İpək yolu"na daha çox diqqət ayırmalı olduğunu bildirib.

Xatırladaq ki, iki ölkə arasında ticarət savaşının başlanğıcı Trampın mart ayında idxal edilən dəmir və alminiuma 10-25 faiz gömrük vergisi tədbiq etməsi qərarından sonra qızışıb. Çin bunun əvəzində Amerika mənşəli 128 məhsulun gömrük rüsumunu 15-25 faiz artırıb. 

Sentyabrın 24-dən ABŞ Çin istehsalı olan daha 200 mlrd. dollarlıq malın ölkəyə idxalına 10%-lik gömrük rüsumu tətbiq edəcək.

Bundan öncə də ABŞ hökuməti Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25 faizlik əlavə gömrük vergisini tədbiq edib.