Prezident sığorta qanununu dəyişdi

20 Avqust, 2019 08:42 | İqtisadiyyat | Baxış sayı: 91
Sərəncam imzalandı
Sərəncam imzalandı

Müştərək sığorta fondu yaranır

Azərbaycanda müştərək sığorta fondu yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib. Qanuna aşağıdakı məzmunda 1.1.2-1-ci, 1.1.2-2-ci və 1.1.3-1-ci maddələr əlavə edilib:

Müştərək sığorta – müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

Müştərək sığorta fondu – fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusu;”;

Müştərək sığortaçı – müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı;”.

Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Aqrar sığorta haqqında da Qanun təsdiqlənib. Bu Qanun Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.