Prezident yeni müəssisə işə saldı

20 Avqust, 2017 09:50 | İqtisadiyyat | Baxış sayı: 257
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

Məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır

Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlib. İstiPress xəbər verir ki, xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.

Prezident avqustun 20-də “Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun açılışında iştirak edib. Dövlət başçısı müəssisə ilə tanış olub.

Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.

Qeyd edildi ki, müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. Prezident İlham Əliyev müəssisəni işə salıb.